Arzu Rəhimov Masallıda vətəndaşları qəbul edəcək

Arzu Rəhimov Masallıda vətəndaşları qəbul edəcək backend

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov sentyabrın 17-də saat 11:00-da Xidmətin Masallı rayon şöbəsinin inzibati binasında Biləsuvar, Cəlilabad, Masallı və Yardımlı rayonlarının sakinlərini qəbul edəcək.



Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qəbula yazılmaq istəyən vətəndaşların sentyabrın 16-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.
Diaspora