Son 3 ayda nazirliyin rəhbər şəxsləri 2 minə yaxın vətəndaş qəbul edib

Son 3 ayda nazirliyin rəhbər şəxsləri 2 minə yaxın vətəndaş qəbul edib backend

Bu ilin may-iyul aylarında əmək və əhalinin sosial müdafiəsi naziri və müavinləri, nazirliyin Aparat rəhbəri, müavini və tabelikdəki qurumların rəhbərləri tərəfindən ölkəmizin regionlarında keçirilən vətəndaş qəbulları zamanı 1961 vətəndaşın müraciəti dinlənilib.

Bu barədə Qaziler.az-a Əmək və Əhalinin Müdafiəsi Nazirliyindən məlumat verilib. 

Onlardan 571 nəfərini şəhid ailəsi üzvləri, müharibə əlilləri və iştirakçıları təşkil edib.

Vətəndaşların müraciətləri sosial təminat, əlillik və reabilitasiya, mənzillə təminat, aktiv məşğulluq proqramlarına cəlb edilmə və s. məsələlərlə bağlı olub. Müraciətlər yerindəcə araşdırılaraq, aidiyyəti tədbirlər görülüb, həmçinin müvafiq izahatlar verilib.

Diaspora