"Əziz dostlar! Əlbəttə, burada hamı azad və sərbəst şəkildə öz fikirlərini yaza bilər. Mən kiməsə göstəriş, ağıl verə bilmərəm. Sadəcə, məni eşidənlərə, güvənənlərə, müraciət edirəm!"
Qaziler.az xəbər verir ki, bunları Qarabağ qazisi Rey Kərimoğlu feysbukdakı paylaşımında qeyd edib:
"Yazılarımıza, statuslarımıza diqqət etməyimiz gərəkdir. Müdafiə nazirliyinin və ya Ali Baş Komandanın rəsmi vermədiyi xəbəri yaymayaq! Hətta çoxlarının bildiyi xəbəri də, əgər Müdafiə Nazirliyi və ya Ali Baş Komandan verməyibsə yaymayaq! Hərbi texnikanın, ordu birləşmələrinin hərəkəti, hansı rayonlarda atəş səslərinin gəlməsini də verməyək. Çünki özümüz də bilmədən düşmənə kömək etmiş olarıq. Sizə ən adi gələn bir cümləlik xəbər əlehimizə işləyəyə bilir. Allah dövlətimizi, ordumuzu və xalqımızı qorusun!"