Kəmaləddin Heydərov Tərtərdə vətəndaşları qəbul edib

Kəmaləddin Heydərov Tərtərdə vətəndaşları qəbul edib backend

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün Tərtər şəhərində vətəndaşları qəbul edib.


APA-nın Qarabağ bürosunun xəbərinə görə, Tərtər Gənclər Evində keçirilən görüşdə nazirAğdam, Bərdə və Tərtər rayonlarının sakinlərinin, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərini dinləyib.

Nazir şəxsən qəbul etdiyi vətəndaşların bəzilərinin müraciətlərinin həlli ilə bağlı yerindəcə göstərişlər verib. Digər məsələlər isə baxılması üçün nəzarətə götürüb. Qəbula gələn vətəndaşların bir qismi nazirliyin müvafiq idarə və şöbələrinin rəhbər işçiləri tərəfindən qəbul edilib, müraciətlərinə baxılıb.
Diaspora