Xaçmazda Vətən Müharibəsi qazisi Zeynal Məmmədovun toyu olub - FOTO

Xaçmazda Vətən Müharibəsi qazisi Zeynal Məmmədovun toyu olub - FOTO backend

Xaçmaz rayonunda Vətən müharibəsinin qəhrəman döyüşcüsü, qazi Zeynal Məmmədovun toy mərasimi keçirilib. Qəhrəman qazimizin toyunda onun yaxınları, ailə üzvləri ilə bərabər, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev mərasimdə çıxış edərək, qazimizi şad günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Onun 44 günlük Vətən müharibəsində göstərdiyi döyüş sücaətlərindən danışaraq Zeynalın öz Vətənini, torpaqlarımızın ərazi bütövlüyünü qəhrəmanlıqla qoruduğu kimi yaxşı ailə başçısı olacağını bildirib.

Elnur Rzayev Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. Onlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritlərindən olduğunu vurğulayıb.

Digər çıxış edənlər də yeni ailə quran gəncləri təbrik edib, onlara xoşbəxtlik, ailə səadəti arzulayıblar.

 

Toy mərasimi əsl el şənliyinə çevrilib. Rayon rəsmiləri, gələn qonaqlar qazilərlə birlikdə rəqs ediblər.

Qeyd edək ki, Zeynal Məmmədov 44 günlük Vətən müharibəsində Daxili Qoşunların cavuşu kimi ön cəbhədə xidmət aparıb. Qəhrəman döyüşçü Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

(az.trend.az)

loading...
Diaspora