İcra başçısı şəhid övladının toyunda - FOTO/VİDEO

İcra başçısı şəhid övladının toyunda -  FOTO/VİDEO backend

5 oktyabır 2020-xi ildə Ağdam rayon Qərvənd kəndi istiqamətində qəhramancasına döyüşərək şəhid olan Müşfiq Qabil oğlu Abbasovun övladı İntiqam Abbasovun toy mərasimi keçirilib.

Publika.az xəbər verir ki, Ağdam rayonunda baş tutan toy ziyafətində Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və rayonun digər hüquq-mühafizə orqanlarının nümayəndələri,rayon ağsaqqalları iştirak ediblər.

Toyda çıxış edən Ağdam rayon İH-nin başçısı Vaqif Həsənov dövlətimizin şəhid ailələrinə, qazilərimizə daim diqqət və qayğı göstərdiyini vurğulayıb. İcra başçısı Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.

İcra başçısı Vətən müharubəsi şəhidimizin övladının şad günündə ailə ilə birlikdə rəqs də edib.

loading...
Diaspora