Gürcüstanın Bakıdakı səfirliyinin binasında dövlət bayrağı endirilib

Gürcüstanın Bakıdakı səfirliyinin binasında dövlət bayrağı endirilib backend

Gürcüstanın Bakıdakı səfirliyinin binasında dövlət bayrağı endirilib.

Qaziler.az xəbər verir ki, Gürcüstan hökumətinin qərarına əsasən, iyulun 29-da Qudauridə baş vermiş və insan tələfatı ilə nəticələnən faciə ilə əlaqədar iyulun 30-u bu ölkədə matəm günü elan edilib.

Qeyd edək ki, dünən Tetri Araqvi vadisində “Mi-8” tipli helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində 8 nəfər ölüb. Qəzanın səbəbinin müəyyən edilməsi üçün ekspertiza aparılacaq.

Həlak olanların 4-ü ekipaj üzvü, digər 4-ü isə xilasedici və tibb işçiləridir.