Pirallahıda Heydər Əliyev Mərkəzi inşa olunur

Pirallahıda Heydər Əliyev Mərkəzi inşa olunur backend

Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə ikimərtəbəli, sahəsi 570 kvadratmetr təşkil edəcək Heydər Əliyev Mərkəzinin binasının ikinci mərtəbəsində işlər yüksək templə davam edir.



Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən bildirilib. Məlumatda qeyd olunub ki, həmin ərazidə Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasının inşası da həyata keçirilir.

Qəsəbədəki 168 nömrəli tam orta məktəbdə mövcud binadan əlavə 300 şagird yerlik 15 sinif otağı və idman zalı da daxil olmaqla yeni korpus binada son tamamlama işləri aparılır. Binanın 2015-2016 –cı tədris ilinə istifadəyə verilməsi planlaşdırlır.
Diaspora