İcra başçısı və döyüş yoldaşları qazi-şəhidin məzarını ziyarət ediblər - FOTO

İcra başçısı və döyüş yoldaşları qazi-şəhidin məzarını ziyarət ediblər -  FOTO backend

İyulun 30-da Qarabağdakı döyüşlərdə aldığı yaradan uzun illər sonra dünyasını dəyişən qazi Elşən Tağıyevin məzarı ziyarət olunub.

Qaziler.az bildirir ki, o, 2020-ci ildə Bakı şəhərində vəfat edib. Qazinin məzarının üstü Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən götürülüb. Bununla bağlı Ağdam rayon İcra Hakimiyyəti başçısı Vaqif Həsənov, qazi -şəhidin ailə üzvləri, "Qarabağ qaziləri" birliyinin üzvləri, Elşən Tağıyevin döyüş yoldaşları qazinin məzarını ziyarət ediblər. Səngər yoldaşları onun məzarı başında Elşənin keçdiyi döyüş yolundan danışıb, Vətən qarşısında xidmətlərindən söz açıblar. Ağdam rayon icra başçısı Vaqif Həsənov dövlətin daim şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət və qayğıdan danışıb. O, Prezidentin bütün rayonların icra başçıları və məmurlarına tapşırığı əsasında bu yöndə görülən işlərdən də danışdı. 

Tədbirdə "Qarabağ qaziləri" İctimai Birliyinin mətbua xidmətinin rəhbəri Rey Kərimoğlu və sədr müavini Ədalət Məhərrəmov çıxış edərək  dövlətin qazilər və şəhid ailələri ilə bağlı gördüyü işlərdən danışıblar. Eyni zamanda, qeyri-hökumət təşkilatı olaraq  bu sahədə rastlaşdıqları problemləri dövlət qurumları qarşısında qaldırdıqlarını bildiriblər. Hər iki çıxışçı Vaqif Həsənovun şəhid ailələrinə, qazilərə qayğı göstərdiyini qeyd ediblər.

Elşən Tağıyevin həyat yoldaşı Hicran Tağıyeva çıxış edərək ziyarətçilərə təşşəkkürünü bildirib.

Diaspora