Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə internet vasitəsilə 1 sentyabr saat 10:00-dan 3 sentyabr saat 23:59-dək ixtisas seçimi aparılacaq.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müsabiqə cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə, orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər üçün isə 2015-ci il iyulun 2-də keçirilmiş eyni məzmunlu test imtahanının nəticələrinə əsasən aparılır.İxtisas seçiminə tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2015-ci ildə ərizə təqdim etmiş və ümumi balı 20-dən, ana dili və riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan (xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.
Qeyd edək ki, hər hansı bir təhsil müəssisəsinə qəbul olub qeydiyyatdan keçən şəxslər ixtisas seçiminə buraxılmırlar.