Pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə 3 mlrd. 247 mln. manat ödənilib

Pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə 3 mlrd. 247 mln. manat ödənilib  backend

Sosial təminat növləri (pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı) üzrə ödənişlərdə artım dinamikası 2022-ci ilin 6 ayında da davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Qaziler.az-a verilən məlumata görə, bu ilin birinci yarımili ərzində həmin  sosial təminat növləri  üzrə əhaliyə 3 mlrd. 247 mln. manat vəsait ödənilib.

Bu da ötən ilin eyni dövrünə nisbətən 7,8 faiz  və ya 235,3 mln. manat çoxdur.

Diaspora