Ölkədə koronaya yoluxanların sayı açıqlandı, ölənlər var

Ölkədə koronaya yoluxanların sayı açıqlandı,  ölənlər var backend

Azərbaycanda koronavirusa 357 yeni yoluxma qeydə alınıb, 298 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, sutka ərzində koronavirusdan 3 nəfər vəfat edib.

Ölkədə indiyədək 797 638 nəfər koronavirusa yoluxub. Onlardan 785 735 nəfər müalicə olunaraq sağalıb, 9 744 nəfər vəfat edib, aktiv xəstə sayı 2 159 nəfərdir.

Ölkədə son sutka ərzində 3 219, hazırkı dövrədək isə 7 036 499 test aparılıb.

Diaspora