Daha 500 şəhid ailəsi və qazi evlə təmin olunacaq

Daha 500 şəhid ailəsi və qazi evlə təmin olunacaq backend

Yaxın iki ayda daha 500 şəhid ailəsi və müharibə qazisi mənzil və fərdi evlə təmin olunacaq.

Apa xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov deyib.

O bildirib ki, bu il ümumilikdə 1500 şəhid ailəsi və qazinin mənzil və fərdi evlə təminatı nəzərdə tutulub:

"Həmin şəxslərdən artıq 600 nəfərə artıq ev və mənzillər təqdim olunub. Həmçinin bu il 160 nəfər müharibə əlilinin avtomobillə təminatı nəzərə tutulub. Artıq 100 nəfərə avtomobillər təqdim olunub. Yaxın vaxtlarda 60 nəfərə də avtomobillər veriləcək".

loading...
Diaspora