Yaxınlarından zorakılıq görən şəxslərin müraciət edə biləcəyi ÜNVAN – VİDEO

Yaxınlarından zorakılıq görən şəxslərin müraciət edə biləcəyi ÜNVAN –  VİDEO backend

Yaxınlarından, birgə yaşadığı şəxslərdən şiddət və zorakılıq görən insan çətin məqamında sosial dəstək üçün etimad göstərib müraciət edə biləcəyi ünvanı axtarır.

Qaziler.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində bir il əvvəl yaradılan şöbə - Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsi belə şəxslər üçün etimad ünvanıdır.

Burada reabilitasiya olunan şəxslər müasir standartlara uyğun şəraitdə sosial xidmətlərlə, sosial-hüquqi və psixoloji dəstəklə əhatə olunurlar. Hazırda şöbədə 45 şəxsin reabilitasiyası işləri aparılır.

Məişət zorakılığı ilə üzləşən şəxslər Agentliyin 116 - 123 “Qayğı” Çağrı mərkəzinə zəng edərək müraciət edə bilərlər.

Sosial Xidmətlər Agentliyinin yeni videoçarxını təqdim edirik:

loading...
Diaspora