AMEA-da yeni təyinat olub

AMEA-da yeni təyinat olub backend

Azərbaycanın ilk veb-saytı olan science.gov.az-ın əməkdaşı Nərgiz Qəhrəmanovaya yeni vəzifə verilib.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) APA-ya verilən xəbərə görə, o, Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və Elmin populyarlaşdırılması idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Nərgiz Qəhrəmanova Bakı Dövlət Universitetinin “Filologiya” fakültəsinin məzunudur. Hazırda Ukraynanın Odessa Milli Politexnik Universitetində magistratura təhsili alır. 6 ilə yaxın science.gov.az portalının istismarı ilə məşğul olan N.Qəhrəmanovanın AMEA və bütövlükdə respublikanın elmi-ictimai həyatında baş verən yeniliklər haqqında məlumatların əldə edilərək operativ işıqlandırılmasında rolu olub.
Diaspora