Nazir jurnalistin təklifiylə razılaşdı: "Sizi hər gün görürük"

Nazir jurnalistin təklifiylə razılaşdı:  "Sizi hər gün görürük" backend

Təhsil naziri Emin Əmrullayev keçirdiyi mətbuat konfranslarında media nümayəndələrinə ayrılan yerin dəyişdirilməsi ilə bağlı təklifi dəstəkləyib.

Qaziler.az Report-a istinadla xəbər verir ki, nazir media təmsilçilərinin ön sıralarda əyləşməsini məqbul sayıb.

“Həmkarlarımızı hər gün görürük və yaxın ünsiyyətimiz olur. Ona görə də onların ilk sırada deyil, ikinci və üçüncü sırada oturmasında heç bir problem yoxdur”, - nazir söyləyib.

E.Əmrullayev məsələ ilə bağlı nazirlik rəsmisinə tapşırıq veib.

Qeyd edək ki, nazirin bugünkü brifinqində ön sırada Təhsil Nazirliyinin əməkdaşları oturub. Tədbirdə iştirak edən jurnalistlərin biri media nümayəndələrinin ön sırada əyləşməsini təklif edib.

loading...
Diaspora