Ceyhun Bayramov Mİhab Talaat Nasrı qəbul edib - FOTO

Ceyhun Bayramov Mİhab Talaat Nasrı qəbul edib - FOTO backend

Xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının xarici işlər nazirinin Avropa məsələləri üzrə köməkçisi İhab Talaat Nasrın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Ceyhun Bayramov qonağı salamlayaraq, iki xalq arasında mövcud olan tarixi bağlar əsasında ikitərəfli münasibətlərin inkişafını vurğulayıb. İki ölkə arasında siyasi dialoqun səviyyəsindən məmnunluqla danışan nazir, iki ölkə Xarici İşlər Nazirlikləri arasında həyata keçirilən mütəmadi siyasi məsləhətləşmələrin, habelə qarşılıqlı səfər mübadilələrinin əlaqələrin inkişafına töhfə verdiyini bildirib. Nazir, ikitərəfli əlaqələrin bir çox istiqamətlər üzrə inkişafını qeyd edib və bu xüsusda Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətinə istinad edib.

Nazir, həmçinin ölkələrimizin beynəlxalq müstəvilərdə əməkdaşlığını qeyd edib, bu xüsusda Qoşulmama Hərəkatı çərçivəsində uğurlu fəaliyyətdən bəhs edilib. Hazırda bakıda keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammitində Misir nümayəndə heyətinin də iştirakı məmnunluqla səsləndirilib.

Nazir köməkçisi İhab Talaat Nasr Azərbaycana növbəti səfərinin baş tutduğunu söyləyib və ölkədəki inkişafı məmnunluqla qeyd edib. O, Misirin Azərbaycan ilə münasibətlərin inkişafına əhəmiyyət verdiyini vurğulayıb. Mövcud siyasi dialoqun və ikitərəfli təmasların intensivliyinin qorunub saxlanılmasının vacibliyi qeyd edilib.

Görüşdə, həmçinin cari ildə Azərbaycan və Misir arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edildiyi vurğulanıb və bu xüsusda qarşılıqlı təbriklər səsləndirilib.

Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, azad edilmiş ərazilərin yenidən qurulması ilə bağlı Azərbaycan tərəfindən görülən geniş miqyaslı işlər barədə ətraflı məlumat verib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Eyni gündə Azərbaycan Respublikası və Misir ərəb respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. İclasda Azərbaycan tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Misir tərəfindən isə xarici işlər nazirinin Avropa məsələləri üzrə köməkçisi İhab Talaat Nasr başçılıq edib. Siyasi məsləhətləşmələr çərçivəsində əməkdaşlıq istiqamətləri üzrə bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

loading...
Diaspora