Hərbçimiz Kəlbəcərdə minaya düşdü

Hərbçimiz Kəlbəcərdə minaya düşdü backend

İyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsbəndiyarov Vüqar Tofiq oğlu xəsarət alıb.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

O, dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib.