Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı backend

Azərbaycanda son gündə koronavirus əleyhinə 2 714 vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 635, ikinci doza vaksinlərin sayı 136 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 649-dur. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 294 olub.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 807 963 təşkil edir.

loading...
Diaspora