Mərkəzi Seçki Komissiyasında (MSK) yeni struktur vahidi yaradıla bilər.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov komissiyanın bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, yeni struktur vahidi yaradılması ilə bağlı təkliflərin hazırlanması üçün qrup yaradılıb.
MSK sədri M.Pənahov isə təklif edib ki, bu çox ciddi məsələ olduğundan bununla məşğul olmaq üçün xüsusi Qrup yaradılsın:
“Bu Qrupda yeni struktur vahidinin hazırlanması ilə bağlı təkliflər hazırlansın və müzakirəyə təqdim edilsin. Qrupun tərkibinə Katibliyin 3 nümayəndəsi və MSK üzvləri daxil edilib. Bizim tələbimiz hansısa qurum yaratmaq deyil, bizim tələbimiz boşluğu doldurmaqdır. Bu məsələyə çox ciddi yanaşmaq lazımdır”.