Türkiyədə terrorçularla atışmada beş nəfər şəhid olub

Türkiyədə terrorçularla atışmada beş nəfər şəhid olub backend

Türkiyə ordusunun bir hərbçisi və dörd mühafizəçi "Pençe-Yıldırım” əməliyyatı zonasında terrorçularla atışmada həlak olub.

"Report" xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Soylu terrorçularla atışmada Bülent Vermez, Kamal İmece, Avdi Demir və Veysi Sebikin əsgər Remzi Nişanla birlikdə şəhid olduğunu açıqlayıb.

19:14

Türkiyə ordusunun hərbçisi İraqın şimalında keçirilən "Pençe-Yıldırım” əməliyyatı zonasında terrorçularla atışmada həlak olub.

“Report” xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Milli Müdafiə Nazirliyi hərbçinin ölümü ilə bağlı başsağlığı verib.

loading...
Diaspora