Qazi və şəhid ailələrinin nə qədər borcu ödənilib?

Qazi və şəhid ailələrinin nə qədər borcu ödənilib? backend

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) toplanan vəsait hesabına indiyədək qazi və şəhid ailələrinin 6,5 milyon manatlıq borcları ödənilib.

Vəsaitlər ödənişlərin xərc istiqamətləri üzrə bölgüsü və ödənişlərin xərc istiqamətlərinin alt növləri üzrə bölgüsünə uyğun olaraq sərf edilib.

Belə ki, fonda toplanan vəsaitdən öhdəliyə götürülmüş şəxslərin məişət şəraitinin yaxşılaşdırılması üçün 37 568 200,00 manat xərclənib.

Tibbi xərclərin ödənilməsi üçün 18 738 906,08 manat, borc öhdəliklərinin qarşılanması üçün 6 594 437,06 manat, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı üçün isə 814 884,39 manat sərf olunub.

Evin təmiri üçün 20 516 700,00, müalicə xərcinin qarşılanması üçün 17 243 935,21, bank borcları üçün 6 267 199,10, qeyri-bank borcları üçün 327 297,96, təhsil haqqının ödənilməsi üçün 559 598,78 manat və digər məsələlərlə bağlı müxtəlif məbləğlərdə vəsaitlər sərf olunub.

Report.az

loading...
Diaspora