İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaranmasından 10 il ötür

İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaranmasından 10 il ötür backend

Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkəti efir fəaliyyətinə 10 il öncə başlayıb. İctimai Teleradio bu müddət ərzində operativ və obyektiv, qərəzsiz və tərəfsiz xəbərləri, maarifçilik missiyası, rəngarəng layihələri ilə geniş tamaşaçı auiditoriyasının rəğbətini qazanıb.

Ötən 10 ildə İctimai Televiziya və Radio Yayımları Şirkətinin əldə etdiyi ən böyük nailiyyətlərdən biri də kanalın Avropa Yayım Birliyinə üzv qəbul olunmasıdır. Televiziya bu yolla Avropa Yayım Birliyindən informasiya almaqla yanaşı, həm də, ölkəmiz haqqında məlumatların dünyaya çatdırılmasını təmin edir. Yarandığı vaxtdan bir çox ölkələrin televiziyaları o cümlədən də Avropanın əsas xəbər kanalı olan "Euronews"la əməkdaşlıq quran Azərbaycanın İctimai Televiziyası bundan sonra da beynəlxalq əlaqələrini genişləndirmək niyyətindədir. Bir sözlə bu gün İTV Azərbaycan ictimayyətinin rəğbətini qazana bilib.

Qısa zaman kəsiyində böyük tamaşaçı rəğbəti qazanan İctimai Televiziya bu müddət ərzində operativ, çevik, düzgün məlumatları, rəngarəng layihələri efirə daşaya bilib.

Hazırda televiziya gün ərzində 5 informasiya buraxılışı ilə efirə çıxır. Bir sözlə, atılan hər bir addım Azərbayjanın daha yaxşı tanınmasına və təbliğinə xidmət edir.

QAZILER.AZ saytı İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəhbəri Cəmil Quliyev başda olmaqla bütün kollektivi təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayır.
Diaspora