SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası növbəti həftə daha 5 rayonda keçiriləcək.
Bu barədə Qaziler.az-a "Azəriqaz” İB-dən məlumat verilib.
İyulun 25-29-u saat 11:00-da keçiriləcək aksiya həftənin 1-ci günü Xaçmaz şəhərində (Bakı prospekti, Çənlibel parkı), 2-ci günü Şabran şəhərində (Heydər Əliyev Mərkəzinin qarşısı), 3-cü günü Siyəzən şəhərində (Heydər Əliyev prospekti, Gənclər Mərkəzinin qarşısı), 4-cü günü Quba şəhərində (Heydər Əliyev prospekti, Gənclər Parkı), 5-ci günü Qusar şəhərində (Heydər Əliyev prospekti, Rəsm Qalereyasının qarşısı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.