Yeni məktəbli formalarının kütləvi istehsalına başlanılır - Bəs qiymətlər?

Yeni məktəbli formalarının kütləvi istehsalına başlanılır - Bəs qiymətlər? backend

2022-ci ilin martında Azərbaycan Respublikası Nazirlər Kabineti “Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrinin şagirdləri üçün formanın təsviri” sənədini təsdiqləyib.

Bununla da, hökumət 2022-2023-cü tədris ilində dövriyyəyə buraxılmalı olan qış və yay dəstlərinin yeni modellərini təsdiqləyib.

Bəs, yeni formaların tikilməsi üçün xaricdən gətirilməsi nəzərdə tutulan parçalar ölkəyə çatıbmı?

Azərbaycanda məktəbli formalarının tikilişini və satışını həyata keçirən “Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov mövzu ilə bağlı Modern.az-ın sualını cavablandırıb.

E. Əzimov deyib ki, avqust ayının 10-da tikişlərə başlanılacaq:

“Parçaların yarısı artıq ölkəyə gətirilib, yarısı isə yoldadır. Parçalar həm Türkiyədən, həm Belarusdan, həm də Özbəkistandan gətirilir. Qiymətlər isə hələ təsdiq olunmayıb. Parçalar hamısı ölkəyə gətirilməlidir, yol xərcləri və s. hesablanmalıdır ki, qiymətlər təyin olunsun. Parçaların keyfiyyəti yüksək olduğu üçün yeni məktəbli formalarının da bahalaşacağı istisna deyil”.

Satış üzrə müdir bildirib ki, avqustun ilk həftəsindən etibarən qiymətlər də daxil olmaqla hər şey təyin olunacaq.

loading...
Diaspora