General Səhlab Bağırovdan Ramiz Zeynalovun yerinə təyinatla bağlı AÇIQLAMA

General Səhlab Bağırovdan Ramiz Zeynalovun yerinə təyinatla bağlı AÇIQLAMA backend

Bir sıra saytlarda Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun təqaüdə göndəriləcəyi, onun yerinə isə Çevik Polis Alayının rəisi Səhlab Bağırovun təyin ediləcəyi qeyd olunub.

Məsələ ilə bağlı Manset.az-a açıqlamasında polis general-mayoru Səhlab Bağırov bildirib ki, yeni vəzifəyə təyin edilməyib:

“Mən bu söhbətləri 15-20 ildir eşidirəm. Amma ortada heç nə yoxdur. Öz yerim də yaxşıdır, razıyam. Bu, elə məsələdir ki, rəhbərlik həll edir. Əgər rəhbərlik məsləhət bilərsə, gedib orada da işləyə bilərəm. Problem yoxdur”.

loading...
Diaspora