Səbail Rayon İcra Hakimiyyəti rayon ərazisində yol kənarındakı ağacların kəsilməsi xəbərlərinə münasibət bildirib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ünvanda külək nəticəsində yola aşan ağacların kəsilməsi prosesi həyata keçirilib:
“Belə ki, ərazidə iki irigövdəli ağac güclü külək səbəbindən bir neçə gün öncə aşıb. Ağac yolun hərəkət istiqamətinə aşdığı üçün onun budaqlarını baltalayaraq yolun kənarına atıblar. Həmin ərazidə daha üç ağac isə quruyub. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi müvafiq rəy əsasında həmin ağaclar kəsilib”.
*****
10:50
Bakıda yolu genişləndirmək üçün ağacların kəsildiyi iddia edilir.
Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.
Belə ki, söhbət paytaxtın Qurban Abbasov küçəsindən gedir.
Vətəndaş bildirib ki, sözügedən ünvanda avtomobil yolunun genişləndirilməsi üçün ağaclar köçürülür.
Yayılan video ağaclara ziyan vurulduğu aydın görünür.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq.
Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkədə yayılan görüntülərlə bağlı araşdırma aparılır.
Həmin görüntüləri təqdim edirik: