Dövlət Xidməti KİV nümayəndələri ilə görüşüb - FOTO

Dövlət Xidməti KİV nümayəndələri ilə görüşüb - FOTO backend

İyulun 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Bərdə şəhərində ölkəmizin qərb bölgəsində fəaliyyət göstərən jurnalistlərlə görüş keçirilib.

Dövlət Xidmətindən Qazilər.az-a verilən məlumata görə, 22 iyul Milli Mətbuat Gününə həsr olunmuş toplantı torpaqlarımızın azadlığı uğurunda canından keçmiş Vətən övladlarının xatirələrinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Tədbirdə iştirak edən jurnalistlər milli mətbuatın yaradılmasının 147-ci ildönümü münasibətilə təbrik edilib, öz peşəsini şərəflə yerinə yetirən media nümayəndələri ilə ənənəvi olaraq keçirilən bu görüşlərdən məmnunluq ifadə edilib. Qeyd edilib ki, müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyev tərəfindən milli mətbuatımıza dövlət qayğısının əsası qoyulub, KİV-lərin maddi-texniki
bazasının gücləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində milli mətbuatımız yeni-yeni nailiyyətlər qazanır. Bildirilib ki, ölkəmizdə həmişə qabaqcıl ideyaların carçısı, dövrün, ictimai-siyasi həyatın güzgüsü olmuş milli mətbuatımız 44 günlük Vətən müharibəsi dövründə və bu gün Azərbaycan həqiqətlərinin yayılmasına, cəmiyyətdə vətənpərvərlik ideyalarının təbliğ edilməsinə, dövlətimizin müsbət imicinin formalaşmasına böyük töhfələr verir. Media nümayəndələrinin 44 gün ərzində cəbhə xəttində nümayiş etdirdikləri fədakarlıq və peşəkarlıq xüsusi vurğulanıb. Media orqanları tərəfindən rəşadətli Silahlı Qüvvələrimizin nailiyyətlərinin tanıdılması, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan Zəfərin təbliğ edilməsi, habelə Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyət istiqamətləri üzrə görülən işlərin operativ və dolğun işıqlandırılmasının yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb. KİV nümayəndələri hərbi sahə və vətənpərvərlik tərbiyəsi mövzuları barədə informasiyanın cəmiyyətə çatdırılması işində bundan sonra da yaxından iştirak etməyə hazır olduqlarını vurğulayıblar.

Tədbirin sonunda media orqanlarının Qarabağ və Şərqi Zəngəzur bölgələrində çalışan əməkdaşları, Xidmətlə yaxından əməkdaşlıq edən mətbuat nümayəndələri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-polkovnik Arzu Rəhimovun müvafiq əmri ilə “Hərbi vətənpərvərliyin təbliğində xidmətlərinə görə” fəxri fərman və xatirə plaketləri ilə təltif olunublar.

Diaspora