Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, jurnlalist və politoloq Anar Həsənov “Qızıl Qartal – Dağıstanın şərəfi və fəxri” ordeni ilə mükafatlandırılıb.
Soydaşımıza Dağıstan ictimaiyyətinin etimad göstəricisi olan mükafatları Dağıstan Respublikasının milli məsələlər və din üzrə naziri Enrik Səlimov təqdim edib.
Qaziler.az bildirir ki, təltifat mərasimi Dağıstan Hökümətinin milli və dini məsələlər üzrə nazirliyində keçirilib. Təqdimatda deyilir: Rusiyanın çoxmillətli xalqının dostluq, əməkdaşlıq, həmrəylik tellərininin möhkəmlənməsi yolunda xüsusi xidmətləri, Azərbaycan-Rusiya və Azərbaycan-Dağıstan münasibətlərindəki ictimai-siyasi fəaliyyətinə görə Anar Həsənov Dağıstan Respublikasının 58 ictimai təşkilatının yekdil qərarı ilə mükafata layiq görülür.
Qeyd edək ki, Anar Həsənov Dağıstanın "şərəfi və fəxri – Qızıl Qartal" ordenininə layiq görülmüş ilk azərbaycanlıdır. Bu mükafatla əvvəllər oliqarx Süleyman Kərimov, idmançı Həbib Nurməhəmmədov, Dağıstanın eks rəhbəri Maqomedəli Maqomedov təltif edilib .
Anar Həsənov 20 ildən çoxdur ki, ictimai fəaliyyət və jurnalistika yaradıcılığı ilə məşğuldur. “416 cı diviziya. Biz birgə qalib gəldik”, “Dərbənd”, “Fövqəbəşər” televiziya filmlərinin, yüzlərlə eksklyüziv televiziya materialının müəliifidir. Rusiya və Azərbaycanın mətbuatı və elmi jurnallarında məqalələri ilə çıxış edən soydaşımız Vətən müharibəsi zamanı və postmünaqişə dövründə Azərbaycanın maraqlarını Rusiya KİV də təbliğ edir.
Dağıstan Respublikasında soydaşımızın fəaliyyətinə olan xüsusi diqqətə səbəb onun Vətən müharıbəsi zamanı düşmən təxribatı nəticəsində Rusiya ərazisində Dağıstan və Azərbaycan icmaları arasındakı münaqişənın yatırılmasındakı xidmətləri olub. Anar Həsənov dəfələrlə Dağıstan-Azərbaycan dostluğunu təbliğ edən video-müraciətləri ilə çıxış edib. Soydaşımız həmçinin dağıstanlılara ünvanlanmış xeyriyyəçilik tədbirlərində yaxından iştirak edib.



