DOST mərkəzi 1 milyonuncu vətəndaşa xidmət göstərib - FOTO

DOST mərkəzi 1 milyonuncu vətəndaşa xidmət göstərib - FOTO backend

DOST xidmətlərindən faydalanan vətəndaşların sayı 1 milyona çatıb. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a bildirilib ki, Bakı şəhər sakini Ələkbərova Nisəxanım İzzətulla qızı DOST xidmətlərinə müraciət edən 1 milyonuncu vətəndaş olub.

Ölkəmizdə səfəri çərçivəsində DOST Agentliyi ilə tanış olan Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanık və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu münasibətlə N.Ələkbərovanı təbrik edərək, ona təşəkkürnamə və hədiyyələr təqdim ediblər.

N.Ələkbərova yaşa görə pensiyadan ailə başçısını itirməyə görə pensiyaya keçmək üçün 1 saylı DOST mərkəzinə müraciət edib. O, mərkəzdə müraciətinin operativ və müsbət cavablandırılmasından, ümumən göstərilən DOST xidmətlərindən məmnunluğunu ifadə edib.

Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 5 DOST mərkəzi açılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət sosial xidmətlərindən ibarət 154 xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunmasını təmin edir.

DOST xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi isə 98,2 faizdir.

Bakı şəhəri və Abşeron rayonu DOST şəbəkəsi ilə əhatə olunub. Hazırda paytaxtda daha bir DOST mərkəzinin, habelə respublikanın regionlarında, o cümlədən işğaldan azad edilmiş bölgələrimizdə DOST mərkəzlərinin açılması üçün işlər aparılır.

loading...
Diaspora