Türkiyəli nazir DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində - FOTOLAR

Türkiyəli nazir DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində - FOTOLAR backend

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və ölkəmizdə səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri xanım Dərya Yanık DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib.

Nazirlikdən Qaziler.az-a bildirilib ki, xanım Dərya Yanık öncə mərkəzlə tanış olub, qonağa mərkəzin xidmət prosesi barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, mərkəzin əsas məqsədi sosial cəhətdən həssas əhali qruplarından olan şəxslərin yaradıcı potensialının, istedadlarının və digər bacarıqlarının üzə  çıxarılmasına və inkişafına kömək etməkdir.

Mərkəzin üzvlərinə rəqs, musiqi, xalçaçılıq, toxuma və tikmə, səhnə ifaçılığı, dulusçuluq, fotoqrafiya, təsviri-incəsənət, dərzilik, audio-səsyazma və media, bədii oyma, kulinariya, floristika, bağçılıq və landşaft dizaynı və idman istiqaməti üzrə təlimlər keçilir. 

Təlimlərə müharibə ilə əlaqədər əlilliyi müəyyən edilmiş şəxslər və onların uşaqları, şəhid ailələrinin  üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələr və əlilliyi olan 6-40 yaş arası şəxslər cəlb edilir. Mərkəzdə  eyni vaxtda 100-dək şəxsə müxtəlif peşələrin öyrədilməsi imkanının mövcudluğu vurğulanıb.

Daha sonra qonaqlar mərkəzdə keçirilən məşq prosesinə baxıb, həssas əhali qruplarından olan şəxslərin çıxışlarını izləyiblər.

Diaspora