Bakı şəhərinin Səbail rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 60 m² olan mənzilin eyvanında quraşdırılan 1 ədəd kombi aparatı və 2 m² sahədə ev əşyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
XXX
20:33
Bakıda jurnalistlərə verilən binada yanğın olub.
Trend-in məlumatına görə, hadisə axşam saatlarında baş verib.
Jurnalistlər şəhərciyində 1-ci binanın 13-cü mərtəbəsində qəfil yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.
Yanğın dərhal lokallaşdırılıb və qısa müddətdə söndürülüb.