ƏƏSMN və Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi arasında əməkdaşlıq Memorandumu imzalanıb

ƏƏSMN və Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi arasında əməkdaşlıq Memorandumu imzalanıb backend

Ölkəmizdə səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanık DOST mərkəzinin fəaliyyəti ilə də tanış olub

Ölkəmizdə səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanık və nümayəndə heyəti DOST Agentliyində olublar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qaziler.az-a bildirilib ki, qonaqlar 1 saylı DOST mərkəzilə tanış edilib, onlara xidmət prosesi barədə ətraflı məlumat verilib. Bildirilib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 2018-ci ildə Prezident İlham Əliyevin Fərmanı ilə icra olunmağa başlanmışdır.

Mərkəzlərdə vətəndaşlara əmək və məşğulluq, sosial təminat, əlillik, pensiya və s. üzrə 154 növ xidmət göstərilir. Bu xidmətlər “bir pəncərə”dən operativ, şəffaf və vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunur və xidmətlərdən məmnunluq səviyyəsi 98 faizdir. 5 DOST mərkəzində 6 ayda 313 min şəxsə, indiyədək 1 milyon şəxsə xidmət göstərilib. 2025-ci ilə qədər DOST xidmətlərinin bütün Azərbaycan ərazisini əhatə edəcəyi qonaqların diqqətinə çatdırılıb.

Qardaş ölkənin ailə və sosial xidmətlər naziri Dərya Yanıkın DOST Agentliyinə gəlişi qurumun 1 milyonuncu vətəndaşına xidməti ilə üst-üstə düşüb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qonaqla birlikdə DOST xidmətlərindən yararlanan 1 milyonuncu şəxsi – Ələkbərova Nisəxanım İzzətulla qızını təbrik edib, ona təşəkkürnamə və hədiyyələr təqdim ediblər.

DOST-a müraciət edən milyonuncu vətəndaş yaşa görə pensiyadan ailə başçısını itirməyə görə pensiyaya keçmək üçün müraciət edib və qısa müddət ərzində müraciəti müsbət cavablandırılıb.

Nisəxanım Ələkbərova DOST mərkəzində göstərilən operativ və şəffaf xidmətdən razı qaldığını deyib, təşəkkürünü bildirib.

Sonra “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Sənədi Sahil Babayev və Dərya Yanık imzalayıblar.

Anlaşma Memorandumunun məqsədi əlilliyi olan şəxs və ahılların, uşaq və qadınların, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, müharibə veteranları və şəhid ailələrinin sosial rifahının təmin olunması üçün layihələr işləyib hazırlamaq, bilik, təcrübə və ən yaxşı tətbiq nümunələrini paylaşmaq, uşaqların qorunması xidmətlərini təkmilləşdirmək, ailələrə, əlilliyi olan şəxslərə, yaşlılara və uşaqlara göstərilən sosial xidmətlərin səmərəliliyini inkişaf etdirmək və artırmaqdan ibarətdir. 

loading...
Diaspora