Azərbaycanda koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir

Azərbaycanda koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir backend

“Son günlərin statistikası onu göstərir ki, dünyada koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir. Biz hər zaman deyirdik ki, yayın sonu-payızın əvvəli vəziyyət pis olacaq”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, indiyədək epidemioloji vəziyyət nəzarət altında olub.

Nazirlik rəsmisi vurğulayıb ki, dünyada koronavirusla bağlı vəziyyətin pisləşməsinin Azərbaycana da təsiri olacaq: “Təəssüf ki, ölkədə vəziyyət ümumi tendensiya kimi pisləşməyə doğru gedir. Bu, gözlənilən haldır”.

Diaspora