Ölkədə aktiv koronavirus xəstələrinin sayı 1000-i ötdü

Ölkədə aktiv koronavirus xəstələrinin sayı 1000-i ötdü backend

Azərbaycanda hazırda 1096 aktiv koronavirus xəstəsi var.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada aktiv koronavirus xəstələrinin sayı 195 nəfər artıb. Belə ki, iyulun 18-də belə xəstələrin sayı 901 nəfər idi.

Qeyd edək ki, Azərbaycanda son sutkada koronavirus infeksiyasına 257 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb və 4 nəfər ölüb.

Diaspora