Növbəti "Açıq mikrofon" Nərimanovda quruldu - FOTO

Növbəti "Açıq mikrofon" Nərimanovda quruldu - FOTO backend

“Əsas məqsədimiz vətəndaşların yanında olmaq, onların təkliflərini dinləmək və müraciətlərini yerində araşdırmaqdır".

Qaziler.az xəbər verir ki, bu sözləri "Azəriqaz" İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev bu gün Nərimanov rayonu, Montin qəsəbəsində "Açıq mikrofon" aksiyası zamanı sakinlərin nəzərinə çatdırıb.

Aksiya zamanı sakinlərin qazın təzyiqinin bəzi vaxtlarda aşağı olması, qaz sayğacının yenisi ilə əvəzlənməsi, fərdi qazlaşma və s. ilə bağlı müraciətləri qeydiyyata alınıb.

Tədbirin sonunda Birliyin məsul şəxsləri qazın təzyiqinin aşağı olması ilə bağlı müraciət edən şəhid Asif Məmmədovun qardaşı Zaur Məmmədovun evinə gedərək şikayətini yerindəcə araşdırıblar. Onun mənzilindəki avadanlıqlara texniki qulluq göstərilib.

Müraciətinin operativ həll olunmasına və bu aksiyaların təşkilinə görə Zaur Məmmədov Birlik rəhbərliyinə öz təşəkkürünü bildirib.

loading...
Diaspora