Bazar günü hava necə olacaq?

Bazar günü hava necə olacaq? backend

Azərbaycan ərazisində iyulun 17-nə olan hava şəraiti haqda proqnoz açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 33-38, Bakıda gecə 23-25, gündüz 35-37° isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55% olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 37-40, bəzi yerlərdə 42-43, dağlarda gecə 10-15, gündüz 27-32° isti olacaq.

loading...
Diaspora