Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı  AÇIQLANDI backend

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 935 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 395, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 206, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 142, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 220 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 787 674, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 360 841, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 855 878, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 319 936, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 251 019 nəfər təşkil edir.

 

loading...
Diaspora