Ölkədə koronaya yoluxanların sutkalıq sayı 200 nəfərə yaxınlaşdı

Ölkədə koronaya yoluxanların sutkalıq sayı  200 nəfərə yaxınlaşdı backend

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 174 yeni yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 794 092 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 831 nəfər müalicə olunaraq sağalıb, 9722 nəfər vəfat edib, aktiv xəstə sayı 539 nəfərdir.

Ölkədə son sutka ərzində 2911, hazırkı dövrədək isə 6 994 425 test aparılıb.

loading...
Diaspora