Rusiyada qapalı sorğu keçirildi... - "Gənclər müharibəyə "yox", qocalar "hə" deyir..."

Rusiyada qapalı sorğu keçirildi... -  "Gənclər müharibəyə "yox", qocalar "hə" deyir..." backend

"Bu, ölkəni keçmişə qaytarmaq istəyən qocaların və güc strukturlarının müharibəsidir..."

"Rusiyalıların 57 faizi müharibəyə tərəfdardır, 30 faizi əleyhinədir, 13 faiz mövqeyini müəyyən etməyib"

 

"Sosial şəbəkə istifadəçiləri daha çox müharibənin bitməsinə, televizora üstünlük verənlər daha çox davam etməsinə tərəfdardır"

 

"Gənclərin döyüş əməliyyatlarına son qoymaq istəyi kütləvi etirazlara çevrilməyəcək"

 

Rusiyada qapalı sorğu: nə qədər rusiyalı gerçəkdən Ukraynada müharibənin bitməsini arzulayır?..

 

Rusiyada vətəndaşların, guya, 30 faizi Ukraynadakı müharibəni dəstəkləmir və döyüş əməliyyatlarının "imkan daxilində tezliklə dayandırılmasını" istəyir.

 

Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın "Meduza" nəşri yazıb.

 

Lakin 57 faiz müharibənin davam etməsininə tərəfdardır, 13 faiz isə öz mövqelərini hələ müəyyən etməyib.

 

Bu məlumatları nəşr "Ümumrusiya ictimai rəyi öyrənən mərkəzi"nin (EİRÖM) keçirdiyi qapalı sorğusunun yekunlarına istinadən yayımlayıb. 

Sorğu Kreml administrasiyasının sifariçi əsasında keçirilib. Respondentlərin sayı nəşrə məlum deyil.

 

Sorğunun nəticələrinə görə, yaşı 18-24 olanlar arasında 56 faiz müharibənin dayandırılmasına, yalnız 19 faiz davam etdirilməsinə tərəfdardır. 25-34 yaş arasında olan rusiyalıların 43 faizi müharibənin bitməsinə, 41 faiz davam etməsinə səs verib.

 

Qeyd edilir ki, respondentlərin yaşı artıqca, onlar Rusiyanın Ukraynaya qarşı müharibəsini daha çox dəstəkləyir. Belə ki, 60 yaşda  artıq olanların 72 faizi döyüş əməliyyatlarının davam etməsini istəyir.

 

ÜİRÖM həmçinin müharibənin davam etməsinə dəstəyin mediadan istifadə edilməsi arasında əlaqəni də öyrənib. Nəticədə internetdən fəal istifadə edənlər arasında 47 faiz rusiyalılar müharibənin bitməsinə səs verib. Amma televizora üstünlük verənlərdə bu rəqəm cəmi 22 faiz təşkil edib.

 

Sosioloq Qriqori Yudinin sözlərinə görə, üzdəniraq "xüsusi əməliyyat"a yaşlı rusiyalılar, habelə büdcədən maliyyəşənlərin payı çox olan iri şəhərlərin sakinləri daha fəal surətdə dəstək verir.

 

"Bu, ölkəni keçmişə qaytarmaq istəyən qocaların və güc strukturlarının müharibəsidir", - Yudin deyib. Bu zaman tədqiqatçi əmindir ki, gənclərin döyüş əməliyyatlarına son qoymaq istəyi hər halda yaxın zamanlarda kütləvi etirazlara çevrilməyəcək.

 

"Meduza" göstərir ki, ÜİRÖM bu məlumatları açıq şəkildə dərc etmir. Mərkəzin saytında yalnız iyun ayında keçirilən rəy sorğusunun nəticələrini tapmaq mümkündür. O zaman rusiyalılara "xüsusi hərbi əməliyyat"a dəstək verməsi barədə sual ünvanlanıb. Mərkəzin məlumatlarına görə, rəyi soruşulanların 72 faizi müharibəni "əsasən dəstəkləyib", 17 faizi "əsasən dəstəkləməyib", 11 faizi cavab verməkdə çətinlik çəkib.

 

ÜİRÖM-ün bu ilin mart ayında keçirdiyi rəy sorğusuna əsasən, rusiyalıların 74 faizi Ukraynadakı müharibəni dəstəkləyib.

 

Putinin törətdiyi müharibənin ikinci günü, 25 fevralla müqayisədə, Kreml siyasəti tərəfdarlarının sayı iki həftəyə 9 faiz artıb.

loading...
Diaspora