“Azəriqaz” Mərdəkan və Xırdalanda “Açıq mikrofon” aksiyaları keçirəcək

“Azəriqaz” Mərdəkan və Xırdalanda “Açıq mikrofon” aksiyaları keçirəcək backend

Sabah saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq mikrofon” aksiyası paytaxtın Xəzər rayonunda (Mərdəkan qəsəbəsi, Veteranlar Parkı) baş tutacaq.

Qaziler.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, daha bir “Açıq mikrofon” aksiyası isə iyulun 15-də saat 11:00-da Abşeron rayonunda (Xırdalan şəhəri, Heydər Əliyev Parkı) keçiriləcək.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.