“Birazdan 92 ilə dizelin də qiymətini qaldıracaqlar” - Deputat

“Birazdan 92 ilə dizelin də qiymətini qaldıracaqlar” - Deputat backend

“Neft istehsal edən, iki neftayırma zavodu olan ölkədə niyə 95 markalı benzini özümüz istehsal etmirik, gedib qonşudan alırıq”.

Bu sözləri açıqlamasında deputat, əməkdar jurnalist Aqil Abbas bildirib.

O vurğulayıb ki, benzinin qiymətinin qalxması bütün bazar qiymətlərinin qalxması deməkdir:
“Birazdan yəqin ki, “Aİ-92” markalı benzinin və dizelin də qiymətini qaldıracaqlar”.

Deputatın sözlərinə görə, yanacaq artanda ərzaq da bahalaşır və bu da əhaliyə pis təsir göstərir:
“Yanacaq bahalaşanda hər şey bahalaşır, əlbəttə əhaliyə pis təsir edəcək. Dünyaya neft satan ölkədə benzin baha olarmı?!”

Qeyd edək ki, ötən gün “Aİ-95” markalı benzinin qiyməti 1.6 manatdan 2 manata qalxıb. Bu gün isə “Aİ-98” markalı benzinin qiyməti 40 qəpik bahalaşaraq 2.3 manat olub.

Yeniavaz.com

Diaspora