Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq səhiyyə naziri Oqtay Şirəliyev avqustun 28-də Lənkəran Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbul zamanı Lənkəran, Astara, Masallı və Lerik rayonlarından olan 17 nəfərin sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həll edilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.