"Yanğının günahkarları cəzalandırılmalıdır" - Nazir müavini

"Yanğının günahkarları cəzalandırılmalıdır" - Nazir müavini backend

"Xaçmazdakı yanğının günahkarları cəzalandırılmalıdır".

Qaziler.az Report-a istinadla xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

Şimal bölgəsində yanan ərazilərə baxış keçirən nazir müavini deyib ki, yanğınla bağlı müvafiq komissiya yaradılıb.

"Həm səbəblər araşdırılır, həm də dəymiş ziyan hesablanır. Hüquq-mühafizə orqanlarından xahiş edirik ki, günahkarlar tapılsın. Belə meşəlik ərazini bərpa edib öz vəziyyətinə qaytarmaq üçün 50 il lazımdır. Samur-Yalama meşələri nəinki ölkəmiz, həmçinin dünya üçün əhəmiyyətlidir. Bu meşə tipi nadir hesab olunur. Cənubi Qafqazda yalnız Azərbaycan və Dağıstanda rast gəlinir. Biz meşələrimizi gələcək nəsillər üçün qorumalıyıq. Vətəndaşlara səslənirəm, ayıq-sayıq olun. Taxıl biçilmiş əraziləri yandırmayın", - V.Kərimov vurğulayıb.

loading...
Diaspora