“YAŞAT” və Qarabağ Dirçəliş fondlarının gəlirləri vergidən azaddır?

“YAŞAT” və Qarabağ Dirçəliş fondlarının gəlirləri vergidən azaddır? backend

“YAŞAT” və Qarabağ Dirçəliş fondlarına edilmiş könüllü ödəmələrin gəlirdən çıxarılan xərclərə aid edilməsilə bağlı məsələyə aydınlıq gətirilib.

 

Dövlət Vergi Xidmətindən Modern.az-a verilən məlumata görə, Vergi Məcəlləsinə əsasən, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

 

Həmin səbəbdən vergiödəyicisi tərəfindən “YAŞAT” və Qarabağ Dirçəliş fondlarına edilmiş könüllü ödəmələr gəlirdən çıxarılan xərclərə aid edilib və ya onların gəlirlərinin (mənfəətinin) fondlara köçürülən hissəsinin vergidən azad olunması Vergi Məcəlləsində nəzərdə tutulmayıb.

Diaspora