Bəzi rayonlarda üç gün qaz olmayacaq

Bəzi rayonlarda üç gün qaz olmayacaq backend

Azərbaycanın bir sıra rayonlarında qaz təchizatında fasilə yaranacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, “Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun dörd zolağa genişləndirilməsi” layihəsi ilə bağlı “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt magistral qaz kəmərinə yeni çəkilmiş qaz xətlərinin birləşdirilməsi ilə bağlı təmir işləri görüləcək.

Sabah saat 09:00-dan etibarən 3 gün müddətində təmir işləri başa çatanadək Gədəbəy rayonunun tam olaraq, Şəmkir və Tovuz rayonlarının isə bir hissəsinin qaz təchizatında fasilə yaranacaq 14 iyul 2022-ci il tarixində saat 09:00-dan 2 gün müddətində Tovuz rayonunun tam olaraq, həmçinin 15 iyul 2022-ci il tarixdən 2 gün müddətində Tovuz rayonunun bir hissəsinin, 14 iyul 2022-ci il tarixdə saat 09:00-dan etibarən 3 gün müddətində təmir işləri başa çatanadək Ağstafa rayonunun tam olaraq qaz təchizatında fasilə yaranacaq.

Diaspora