Sabah Bakıda 38 dərəcə isti olacaq

Sabah Bakıda 38 dərəcə isti olacaq backend

Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək, şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, havanın temperaturu gecə 22-26 dərəcə isti, gündüz 33-38 dərəcə isti olacaq.

Bakıda gecə 23-25 dərəcə isti, gündüz 35-37 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq.

Azərbaycanın rayonlarında yağmursuz keçəcək, şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27 dərəcə isti, gündüz 35-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 25-30 dərəcə isti olacaq.

loading...
Diaspora