Şabranda yanğınla əlaqədar kəndə giriş-çıxış məhdudlaşdırılıb

Şabranda yanğınla əlaqədar kəndə giriş-çıxış məhdudlaşdırılıb backend

"Şabran rayonunun Ağalıq kəndində mülki obyektlər yanğından tam mühafizə edilib".

Bunu FHN-nin Şimal Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin rəisi Ramin Vəlixanov bildirib.

O qeyd edib ki, Şabran rayonunda yanğın baş verən ərazidəki sakinlər təxliyə edilib və ərazidəki bütün mülki obyektlər yanğından mühafizə edilib. Vətəndaşların təhlükəsizliyi üçün yanğın baş verən ərazidə müvəqqəti postlar qurulub və giriş-çıxış məhdudlaşdırılıb.

Bildirilib ki, avtomobillərin gediş-gəlişi alternativ yollar vasitəsilə həyata keçirilir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Report.az

loading...
Diaspora