Mədət Quliyev turnirin qalibinə ev bağışladı

Mədət Quliyev turnirin qalibinə ev bağışladı backend

Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev “Əziz Şuşa” beynəlxalq velosiped yarışının qalibi olan Azərbaycan millisinin üzvü Elçin Əsədova Bakıda 3 otaqlı ev bağışlayıb.

Qaziler.az Report-a istinadla xəbər verir ki, mənzilin açarı mükafatlandırma mərasimində təqdim olunub.

Tədbirdə Mədət Quliyevlə yanaşı, gənclər və idman naziri Fərid Qayıbov, nazir mavini Mariana Vasileva və AVF-nin vitse-prezidenti Robert Eyyubov da iştirak ediblər.

Əvvəlcə fərdi, daha sonra komanda yarışının qalibləri mükafatlandırılıb.

Monqolustan yığması üçüncü, "Daşkənd Siti" ikinci, "Sakarya" komandası birinci yerin sahibi kimi mükafatlarını alıb.

Tədbir Yallı rəqsi ilə yekunlaşıb.

loading...
Diaspora