Nəqliyyat naziri Qəbələdə vətəndaşları qəbul edib

Nəqliyyat naziri Qəbələdə vətəndaşları qəbul edib backend

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağı müraciətlərinin həllinə kömək göstərirlər.



AZƏRTAC xəbər verir ki, növbəti belə qəbul avqustun 28-də Qəbələ rayon Mədəniyyət Mərkəzində keçirilib. Nəqliyyat naziri Ziya Məmmədov Qəbələ, İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciətlərini, şikayət və təkliflərini dinləyib.

Vətəndaşların müraciətləri əsasən avtomobil yollarının təmiri və yenidən qurulması, yeni avtobus marşrutlarının açılması, dağ çayları üzərində körpülərin salınması, işə qəbul və digər məsələlərlə bağlı olub. Nazir Ziya Məmmədov vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar nazirliyin struktur rəhbərlərinə göstərişlər verib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Diaspora